- Qərb
- 2 Sentyabr 19:21
- 1 298
NATO Baş katibi xəbərdarlıq edib: Rusiya raketinə Haaqaya çatmaq üçün 5-10 dəqiqə lazımdır

NATO-nun Baş katibi Mark Rutte Alyansın müttəfiqlərinə xəbərdarlıq edib.
Aznews.az xəbər verir ki, Baş katib Mark Rutte bu gün Lüksemburqda keçirilən mətbuat konfransında deyib ki, hətta Rusiya ilə birbaşa həmsərhəd olmayan ölkələr də Rusiyanın ən yeni raket texnologiyaları səbəbindən təhlükə altındadır.
Onun sözlərinə görə, rusların təhdidi hər gün artır.
Rutte müttəfiqləri sadəlövh olmamağa çağıraraq əlavə edib ki, bu məsələ nə vaxtsa Lüksemburqu, eyni zamanda, onun ölkəsi Niderlandı da narahat edə bilər.
“İndi hamımız təhlükəsizlikdəyik, Rusiyadan uzaq olduğumuzu düşünürük, amma xüsusilə Rusiyanın ən yeni raket texnologiyaları kontekstində təhlükəyə çox yaxınıq. Hazırda Litva ilə Lüksemburq, Haaqa və ya Madrid arasındakı fərq cəmi 5–10 dəqiqədir. Bu, Rusiyanın raketlərinin həmin Avropa bölgələrinə çatması üçün lazım olan zamandır”, - Rutte qeyd edib.