- Qərb
- 9 Sentyabr 2025 13:36
- 3 722
Macarıstan qərbdən qaz tədarükü üzrə ən uzunmüddətli müqavilə imzalayır
Macarıstan yaxın vaxtlarda “ən uzunmüddətli” qaz müqaviləsini imzalayacaq
Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, ölkə tezliklə “qərb istiqamətindən” qaz tədarükünə dair “ən uzunmüddətli” müqavilə imzalayacaq.
“Bu gün (sentyabrın 9-da) biz təbii qazın alınması üzrə yeni uzunmüddətli müqavilə imzalayırıq. Bu, bizim ən uzunmüddətli müqaviləmiz olacaq”, – deyə o, “Facebook” sosial şəbəkəsində yazıb.
Siyyarto qeyd edib ki, marşrutların artması ilə Budapeşt daha çox qaz ala biləcək və özünü daha təhlükəsiz hiss edəcək. O həmçinin vurğulayıb ki, Macarıstan təbii resursların alınması kontekstində həmişə diversifikasiya istiqamətində ciddi səylər göstərir.
Mövsüm,
AzNews.az