• Qərb
  • 10 Sentyabr 2025 16:41
  •  3 826

Tusk: Polşa bir gecədə aşkarlanan üç pilotsuz təyyarəni vurdu

Polşada hərbçilər bir gecədə üç PUA-nı vurublar.

Bu barədə Polşanın TVP İnfo telekanalı tərəfindən yayımlanan Seymdə çıxışı zamanı ölkənin baş naziri Donald Tusk bildirib .

"Hazırda üç pilotsuz təyyarənin vurulması ilə bağlı təsdiqimiz var. Dördüncü obyektin də vurulması tamamilə mümkündür", - Tusk deyib.

İlkin məlumatlara görə, bir gecədə 19 pilotsuz təyyarə Polşa ərazisinə daxil olub. Üç pilotsuz təyyarə birbaşa vurulub.

Mövsüm,

AzNews.az