Polşa hərbi texnikanı Belarusla sərhədə daşımağa başlayıb

Polşa silahlı qüvvələrini və hərbi texnikasını Belarusla sərhədə daşımağa başlayıb.

Bu barədə Belarusun News.By portalı məlumat yayıb.

Məqalədə deyilir: “Polşa sərhəd keçidlərini, o cümlədən dəmir yolundakı keçidləri bağladığını elan etdikdən sonra Belarus Respublikası ilə sərhədə qoşun yeridir.

Polşa hakimiyyəti bu tədbirləri Belarusda keçiriləcək “Zapad-2025” təlimlərinə hazırlıqla izah edir. Bununla belə, nəşr hadisələrin daha da içəriyə doğru aparıldığını qeyd edir. Belarus hakimiyyəti bu təlimlərin planlı olduğunu və başqa ölkələrə qarşı yönəlmədiyini vurğulayır.

Mövsüm,

AzNews.az