- Qərb
- 10 Sentyabr 21:41
- 1 233
Fransada kütləvi etirazlar zamanı 327 nəfər həbs edilib

Fransada genişmiqyaslı etirazlar zamanı 327 nəfər saxlanılıb.
BFMTV bu barədə Fransanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Daxili İşlər Nazirliyi ölkə üzrə 327 saxlama faktı qeydə alıb, onlardan 199-u Parisdə olub. Bundan əlavə, hüquq-mühafizə orqanlarının dörd əməkdaşının yaralandığı bildirilir - onlar yüngül xəsarətlər alıblar.
"Etirazçılar Parisin 1-ci rayonunda kafeni yandırıblar. Ziyarətçilər dərhal təxliyyə edilməli olub. Hazırda onlar yanğını söndürməyə çalışırlar. Yanğın binanın birinci və ikinci mərtəbələrinə yayılıb. Tüstü pərdəsi o qədər qalındır ki, hətta kənardan nəfəs almaq belə çətindir", - deyə məlumatda bildirilir.
Mövsüm,
AzNews.az