- Qərb
- 11 Sentyabr 2025 15:11
- 4 632
Orban Ursula von der Leyeni istefaya çağırır
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen vəzifəsini tərk etməlidir.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.
"Avropa Komissiyasının rəhbəri sərt, müharibə tərəfdarı siyasi çıxış etdi. Von der Leyen getməlidir" deyə ölkə hökumətinin sözçüsü Zoltan Kovacs X sosial şəbəkəsində (keçmiş Twitter) Orbandan sitat gətirir.
Baş nazirin sözlərinə görə, AK rəhbəri Von der Leyenin qərarlarını dəstəkləməyən Aİ ölkələrini maliyyələşdirməni də kəsməklə hədələyib.
Mövsüm,
AzNews.az