- Qərb
- 12 Sentyabr 11:47
- 1 522
Fransa XİN Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təqdimatını açıqlayıb

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi sentyabrın 15-də təqdim olunacaq.
Bu barədə Fransanın xarici işlər naziri vəzifəsini icra edən Jan-Noel Barro France Inter radiosunda bildirib.
“Bazar ertəsi Avropa İttifaqı yeni sanksiyalar paketini təqdim edəcək”.
Barro qeyd edib ki, yeni məhdudiyyətlər ABŞ -da prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq Ağ Evlə razılaşdırılıb.
Mövsüm,
AzNews.az