- Qərb
- 19:03
- 840
Böyük Britaniyada Trampın helikopteri nasazlıq səbəbindən təcili eniş edib

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniyanı daşıyan “Marine One” helikopteri Böyük Britaniyanın Stansted hava limanına gedərkən təcili eniş edib .
“Daily Mail” bu barədə məlumat yayıb.
Hadisə amerikalı lider Böyük Britaniyanın baş naziri Keir Starmerin Londondan 60 km kənarda yerləşən Chequers iqamətgahından uçarkən baş verib. Təyyarədə texniki problemlər yaranıb.
Ağ Evin mətbuat katibi Caroline Leavitt, "Kiçik hidravlik problemə görə, Birləşmiş Ştatlar prezidentini daşıyan helikopter Stansted hava limanına gedən Luton aerodromuna enib. Qərar təhlükəsizlik səbəbindən verilib",-deyə qeyd edib.
Mövsüm,
AzNews.az