- Qərb
- 20:10
- 1 099
Tramp: “Biden dövründə ABŞ silahlarının hamısı Ukraynaya verildi"

ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Hegsetin amerikalı general və admiral ilə görüşü zamanı çıxış edərək bildirib ki, Co Bayden hakimiyyətdə olarkən ABŞ bütün silahlarını Ukraynaya verib və ölkənin özündə heç nə qalmayıb.
“Bizim silahımız yox idi, hamısını Ukraynaya verirdik. Bizdə heç nə qalmamışdı. Bayden [Ukraynaya] 350 milyard dollar verdi. Biz artıq bunu etmirik. Biz avadanlıqları satırıq”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, hazırda ABŞ Ukraynadakı müharibəni maliyyələşdirmir, sadəcə silahları vasitəçilərə satır və onlar da həmin silahları Ukraynaya ötürür.
Mövsüm,
AzNews.az