- Qərb
- 17:02
- 1 098
Slovakya Baş naziri 27 ildə tamamlanan tunelin açılışını konkidə keçərək qeyd etdi
Slovakiyanın Baş naziri Robert Fiko ölkənin şimalındakı Jilina bölgəsində tikintisi 27 il davam edən tunelin açılışı zamanı qeyri-adi bir addım atıb.
Slovak lider bazar ertəsi günü tunelin rəsmi açılışından bir neçə saat əvvəl 7,4 kilometr uzunluğundakı Vişnove Tunelini başdan-başa konki sürərək keçib.
Tunelin içindən çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşan Fiko, “Bu fürsəti qaçırmaq istəmədim və tunelin tamamını konki ilə keçdim”, – deyə bildirib.
Fiko açılış mərasimindəki çıxışında tunelin Slovakiya vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdıracağını vurğulayaraq, “Siyasətin əsas missiyası da məhz budur”, – deyə qeyd edib.
Mövsüm,
AzNews.az