• Qərb
  • 7 Yanvar 11:55
  •  2 020

Marko Rubio: Tramp Qrenlandiyanı satın almaq istəyir

ABŞ-ın Venesueladakı əməliyyatından sonra bütün diqqətlər Qrenlandiyaya yönəlib...

“Wall Street Journal” (WSJ) qəzetinin adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə ilə bağlı brifinqdə ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planları ilə bağlı açıqlamalar verib.

Trampın siyasət üzrə müavini və Vətən Təhlükəsizliyi üzrə müşaviri Stiven Miller kimi yüksək vəzifəli şəxslərin "aqressiv açıqlamalarından" qaynaqlanan Qrenlandiya ilə bağlı Konqresin suallarını cavablandıran Rubio, Trampın Qrenlandiyanı "almaq istədiyini" bildirdi.

Rubio iddia edib ki, hakimiyyət orqanlarının Qrenlandiya ilə bağlı açıqlamaları "qaçılmaz bir işğal siqnalı deyil ", əksinə, əsl məqsədi adanı Danimarkadan almaq idi.

Lakin Ağ Ev Tramp administrasiyasının Qrenlandiyanı əldə etmək üçün müxtəlif variantları , o cümlədən "ABŞ ordusundan istifadəni" nəzərdən keçirdiyini bildirmişdi .

5 yanvarda Tramp milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyaya sahib olmalarının vacibliyini və bunun Rusiya və Çinə qarşı xüsusi təhlükəsizlik prioriteti olduğunu bildirmişdi.

Mövsüm,

AzNews.az