- Qərb
- 7 Yanvar 17:25
- 2 006
Ukrayna: Paris danışıqlarının ikinci günündə konkret nəticələr əldə edilib
Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Kirilo Budanov Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı Parisdə keçirilən danışıqlarla bağlı açıqlama verib.
Budanov bildirib ki , "Ölkəmiz üçün davamlı sülh və möhkəm təhlükəsizlik zəmanətləri təmin etmək məqsədi ilə Parisdə mühüm danışıqları davam etdiririk. Bütün məlumatları ictimaiyyətlə bölüşmək mümkün deyil, lakin artıq konkret nəticələr əldə edilib və iş davam edir".
Budanov Ukraynanın milli maraqlarının qorunacağını bildirib.
Mövsüm,
AzNews.az