• Qərb
  • 8 Yanvar 12:00
  •  2 499

ABŞ: Venesuela neftini satacaq və gəlirlərə nəzarət edəcəyik

ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatdan və prezident Nikolas Maduro və həyat yoldaşının həbsindən sonra ABŞ prezidenti Donald Tramp Venesuelanı müəyyən müddət idarə edəcəklərini bildirib.

Beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olan bu açıqlamadan sonra ABŞ Energetika Nazirliyindən bir açıqlama gəlib.

ABŞ-ın Energetika naziri Kris Rayt Mayamidə keçirilən enerji konfransında Venesuela nefti ilə bağlı açıqlamalar verib.

Rayt bildirib ki, onlar Venesuela neftinin bazara axmasına, ABŞ-dakı neft emalı zavodlarına və dünya bazarlarına satılmasına icazə verəcək və beləliklə, daha yaxşı neft tədarükünü təmin edəcəklər.

Rayt bildirib ki, bu satışlar ABŞ hökuməti tərəfindən həyata keçiriləcək və əldə edilən gəlir ABŞ hökumətinin nəzarətində olan hesablara köçürüləcək.