- Qərb
- 16:11
- 815
Sikorski: Avropa indiyədək Ukraynaya 200 milyard xərcləyib
Avropa İttifaqı (AB) münaqişənin başlanğıcından bəri Ukraynaya dəstək üçün təxminən 200 milyard avro xərcləyib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bunu “CBS News” -a verdiyi müsahibədə açıqlayıb .
Nazir bildirib ki, "Biz (Avropa ölkələri – red.) təxminən 200 milyard avro xərcləmişik və növbəti iki il ərzində Ukraynanı dəstəkləmək üçün 90 milyard avro məbləğində maliyyələşdirməni də genişləndirmişik".
O, vurğulayıb ki, Avropa hazırda münaqişəni tam maliyyələşdirir, çünki ABŞ 2025-ci ilin yanvar ayında bundan imtina edib.
Mövsüm,
AzNews.az