ABŞ ordusu Sakit okeanda narkotik daşıyan gəmiyə hücum etdi: 2 nəfər öldürüldü

ABŞ ordusu Karib dənizi və Şərqi Sakit okean bölgəsində narkotik qaçaqmalçılığına qarşı apardığı əməliyyatlar çərçivəsində növbəti hücum həyata keçirib.

Rəsmi mənbələrin verdiyi məlumata görə, Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu müəyyən edilən bir gəmiyə edilən hücum nəticəsində ölən və yaralananlar olub.

SOUTHCOM-dan açıqlama

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, “Cənub Mızrağı” əməliyyatı çərçivəsində fəaliyyət göstərən birgə tapşırıq qüvvəsi, SOUTHCOM Komandanı general Frensis L. Donovanın göstərişi ilə “terror təşkilatı” kimi qiymətləndirilən qruplaşmalar tərəfindən istifadə edilən bir gəmiyə zərbə endirib.

Açıqlamada vurğulanıb ki, əldə olunan kəşfiyyat məlumatları sözügedən gəminin Şərqi Sakit okeandakı narkotik qaçaqmalçılığı marşrutlarından birində fəaliyyət göstərdiyini təsdiqləyib.

2 “narko-terrorçu” öldürüldü

Hücum nəticəsində 2 narko-terrorçunun öldürüldüyü, 1 nəfərin isə sağ qaldığı bildirilib. SOUTHCOM-un məlumatına görə, sağ qalan şəxsin tapılması üçün dərhal ABŞ Sahil Mühafizəsi məlumatlandırılıb və axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Mövsüm,

AzNews.az