Makron: Tədbir görməsək, Avropa 5 ilə yox olacaq

Avropa ilə ABŞ arasında gərginlik davam edir.

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı israrı münasibətlərə zərər versə də, Avropa Trampın addımlarından geri çəkilməyib.

Fransa Prezidenti Emmanuel Makron Britaniya və Almaniya mediasına Avropa İttifaqı (Aİ) və ABŞ siyasəti ilə bağlı açıqlamalar verib.

Fransa prezidenti Makron bir neçə avropalı həmkarını Rusiya ilə dialoqu yenidən başlatmağa dəvət etdiyini qeyd edərək deyib: "Bəziləri diplomatlarını bizim etdiyimiz kimi Rusiyaya göndərməyin hələ tez olduğunu düşünürdülər. Mənim fikrim sadədir: Bu məsələ ilə bağlı müzakirələri başqalarına həvalə etmək istəyirikmi?"

"Coğrafi mövqeyimiz dəyişməyəcək. Rusiyanı bəyənsək də, bəyənməsək də, o, orada olacaq və gələcəkdə bizim qonşumuz olacaq. Buna görə də avropalılar ruslarla dialoqu yenidən başlatmalıdırlar", - deyə o bildirib.

Emmanuel Makron ABŞ-ın Qrenlandiya ilə bağlı tariflərinə və iddialarına toxunaraq dedi: "İnsanlar çarəsizdirlər. Amerikalıların artıq nə qədər irəli gedəcəyini təsəvvür edə bilməzsiniz. Bu, yalnız Qrenlandiya ilə bağlı deyil".

"Bu mərhələdə özümüzə güvənməliyik. Əgər heç bir tədbir görməsək, Avropa 5 il ərzində yox olacaq", - deyə o xəbərdarlıq edib.

Mövsüm,

AzNews.az