- Qərb
- 11:35
- 1 087
Kanada Ukraynaya 2 milyard dollara yaxın hərbi yardım ayıracaq
Mark Karni Ukrayna–Rusiya müharibəsinin dördüncü ildönümü münasibətilə Ukraynaya təxminən 2 milyard dollar həcmində hərbi yardım göstəriləcəyini açıqlayıb.
Kanada baş naziri bildirib ki, ayrılan vəsait Kiyev rəhbərliyinə “daha dayanıqlı ordu” qurmağa kömək edəcək. O, həmçinin Rusiya hücumları nəticəsində zərər görmüş infrastrukturun bərpası üçün əlavə 20 milyon dollar ayrıldığını qeyd edib.
Karni vurğulayıb ki, Kanada 2022-ci ildən bəri Ukraynaya ümumilikdə 25,5 milyard dollardan çox yardım göstərib və bunun 13 milyard dollardan artıq hissəsi birbaşa maliyyə dəstəyi olub.
Rusiyaya qarşı yeni sanksiyalar
Digər tərəfdən, Karni Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək müharibənin maliyyə dəstəkçilərini hədəf alacaqlarını bildirib. O, Kanadanın Rusiya xam nefti üçün müəyyən etdiyi qiymət tavanını daha da aşağı salacağını da əlavə edib.
Mövsüm,
AzNews.az