Tramp: “İran danışıqlar üçün yalvarır”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nümayəndələri danışıqlarla bağlı “çox fərqli və qəribə davranır” və razılaşma əldə etmək üçün “yalvarırlar”.

Tramp Truth Social platformasında paylaşımında yazıb:

“Onlar bizimlə razılaşma əldə etmək üçün ‘yalvarırlar’, amma eyni zamanda açıq şəkildə ‘təklifimizi nəzərdən keçiririk’ deyirlər. BU YANLIŞDIR!”

O, Tehrana xəbərdarlıq edərək əlavə edib:

“Onlar tezliklə ciddi davranmalıdırlar. Çünki gec olanda geri dönüş olmayacaq və nəticə yaxşı olmayacaq.”

Bu açıqlamalar İranın ABŞ ilə hər hansı danışıqlar apardığını rəsmən təkzib etdiyi bir vaxtda səsləndirilib.

Mövsüm,

AzNews.az