- Qərb
- 09:16
- 1 422
ABŞ NATO siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirəcək - Tramp
ABŞ NATO çərçivəsində siyasətini ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Vaşinqton alyansa böyük maliyyə vəsaiti ayırır, lakin müttəfiqlərin dəstəyi kifayət deyil.
Tramp xüsusilə İran məsələsində NATO ölkələrinin ABŞ-ı dəstəkləmədiyini vurğulayaraq bundan narazı olduğunu qeyd edib.
ABŞ prezidenti alyansın gələcəyi ilə bağlı qərarların yaxın zamanda dəyərləndiriləcəyini bildirib.