- Qərb
- 10:16
- 926
Tramp İranı dəniz blokadasına alır
ABŞ ordusu Pakistanda İran və Amerikalı nümayəndə heyəti arasında danışıqların iflasa uğramasından sonra bu gündən etibarən İranın bütün limanlarına qarşı blokadaya başlayacağını bəyan edib.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir.
“Blokada İran limanlarına və sahil zonalarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq ediləcək. Bu, Ərəb körfəzi və Oman körfəzində yerləşən bütün İran limanlarını əhatə edir”,-deyə bəyanatda deyilir.
Qeyd olunur ki, blokada Qrinviç vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başlayacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bu qərarını İslam Respublikasının nüvə ambisiyalarından imtina etməməsi ilə izah edib.