- Qərb
- 13:39
- 2 368
Vens: ABŞ Ukraynadakı müharibəni maliyyələşdirmir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynadakı müharibənin ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırılması hazırkı administrasiyanın əsas nailiyyətlərindən biridir.
O, çıxışı zamanı qeyd edib ki, Ağ Ev bu istiqamətdə prinsipial qərar verib:
“Avropaya dedik ki, silah almaq istəyirsinizsə, ala bilərsiniz, lakin ABŞ artıq silah almır və onu Ukraynaya göndərmir.”
Vens daha əvvəl Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda “əhəmiyyətli irəliləyiş” olduğunu da bildirmişdi. Onun sözlərinə görə, hazırda tərəflər əsasən müəyyən ərazilər üzərində “ticarət” aparır.
O, həmçinin Avropa liderlərini müharibənin dayandırılması üçün kifayət qədər addım atmamaqda tənqid edib.
Mövsüm,
AzNews.az