- Köhnə - Qərb Universiteti
- 20 Sentyabr 2019 17:47
- 6 027
Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

Bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb
Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.