Səhv başa düşməyin, Rusiya prezidenti Böyük Britaniyaya səfərə getməyib Səhv başa düşməyin, Rusiya prezidenti Böyük Britaniyaya səfərə getməyib

Vladimir Putin Londonun mərkəzində görsəndi - Səbəbi nədir?

Səhv başa düşməyin, Rusiya prezidenti Böyük Britaniyaya səfərə getməyib

Ötən həftənin sonlarında Rusiya prezidenti Vladimir Putinin Londonun mərkəzində görsənməsi britaniyalılar tərəfindən geniş müzakirə edilib. Səhv başa düşməyin, Putin Böyük Britaniyaya səfərə getməyib. Ancaq onun göz vuran şəkili posterlərdə London küçələrini bəzəyib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, posterdə belə yazılıb: "Brexit means Bяexit". Orada latın əlifbasında olan "r" hərfi rus hərfi ilə əvəz edilib. Başqa birisində "Gəlin qırmızı-ağ-göy" Brekzit"i qeyd edək" sözləri yazılıb. Üçüncüsündə isə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson əlində Rusiyanın bayrağını tutub: "Thank you, Boяis".

Ancaq bu posterlərin ömrü heç də uzun olmayıb, guya qoyulması qeyri-qanuni olduğundan yığışdırılıb.

Bütün bunlar Brexit üzrə referendumun yenidən keçirilməsi ərəfəsində baş verir. İddia edilir ki, 2016-cı il referendumuna Rusiyanın müdaxiləsi olub. Araşdırma nəticəsində isə məlum olub ki, "Rusiya trolları" Brexit-ə cəmi 73 Britaniya pensi xərcləyiblər.

Milyonlarla britaniyalılar bu faktı inkar edirlər, ancaq unudurlar ki, onlar könüllü şəkildə ölkələrinin Avropa Birliyindən çıxarılmasının lehinə səs veriblər. Hətta, o müdaxilədə ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın da adı hallanır.

Referendumun yenidən keçirilməsi təşəbbüsünü isə milyarder Corc Sorosun maliyyələşdirdiyi "OpenDemocracy" fondu irəli sürüb.

Bu fond Avropa Birliyinin əsas sponsorlarının Birliyin tərkibindən çıxarılmasına qarşıdır. O layihəyə isə həyat yoldaşı rus olan milyoner Arron Benks başçılıq edir.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa Birliyindən ayrılması gələn il mart ayının 29-na təyin edilib.

Babək Göyüş

AzNews.az

image description image description