Sosial bazasını itirə-itirə gələn, ictimai rəyin gözündən düşən müxalifətin kütləvi etirazlar təşkil etmək potensialını itirdiyi yeni mövzu deyil. Sosial bazasını itirə-itirə gələn, ictimai rəyin gözündən düşən müxalifətin kütləvi etirazlar təşkil etmək potensialını itirdiyi yeni mövzu deyil.

Uğursuzluq səhnəsi

Sosial bazasını itirə-itirə gələn, ictimai rəyin gözündən düşən müxalifətin kütləvi etirazlar təşkil etmək potensialını itirdiyi yeni mövzu deyil.

Buna rəğmən Milli Şuraya daxil olan partiya və birliklərin Musavat və REAL partiyalarının dəstəyi ilə keçirdiyi 19 yanvar mitinqi ətrafında sosial şəbəkələrdə çox ciddi ajiotaj yaradılmaqdaydı. Amma nəticə həmişəki kimi oldu.

Belə ki, növbəti mitinq yenidən cəmiyyətə müxalifətin durumi barədə ən obyektiv arayışı təqdim etdi. Aydın oldu ki, vəziyyət sosial şəbəkə pələnglərinə çevrilmiş müxalifət liderlərinin öz feysbuk və onların tərəfdarlarının idarə etdikləri virtual məkanda təsvir etdikləri kimi deyil. Sosial baza artmayıb və iddia edildiyi kimi sosial təbəqələr hakimiyyətin əleyhidarına çevrilməyib. 19 yanvar mitinqi də müxalifətin sosial bazasının hansı səviyyədə olmasını hamıya sərgiləməkdən o yana keçə bilmədi.

Gəlin baxaq, bu gün Milli Şura öz tələblərinin hakimiyyət tərəfindən qəbul edilməsi üçün yetərli gücə malikdirmi? Və ya müxalifət daxildə iqtidara təsir edə biləcək geniş sosial təbəqənin dəstəyinə sahibdirmi?

Təbii ki, yox. Belə olan təqdirdə niyə müxalifət iştirakçılarının sayı aşağı səviyyədə ikən, yenə də aksiyalardan əl şəkmir?

Deməli, müxalifəti meydanlara sürükləyən hansısa drijor çubuğu var. Məhbus məsələsini bir masada çözə bilməyənlərin mitinq taktikasında birləşmələri aksiyanın kimlərinsə diktəsi ilə təşkil olunmasını sübut etmirmi?

Bu baxımdan müxalifətin mitinqindən 1 gün öncə Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağının öz feysbuk səhifəsində səsləndirdiyi fikirlər də diqqətdən yayına bilməz. A.Nağı ötən il sentyabrın 29-da Qarabağla bağlı keçirdikləri aksiyaya dəstək verməmələrini önə çəkərək, müxalifətin kənar qüvvələrin diktəsi ilə birləşdiyinə işarə edib:

“Musavat və REAL-ın Milli Şuranın mitinqini qəstəkləməsi gözlənilməz oldu. Həm də gözlənilən idi, çünki onları bağlayan görünən və görünməyən bağlar var. Sehrli çubuq da olmamış deyil. Qarabağ məsələsində bir araya gəlmək istəmədilər, olsun. Təki indi, siyasi məhbus məsələsində bir araya gəlsinlər. Amma yaddan çıxarmasınlar ki, QARABAĞ ən böyük siyasi məhbusdu. Ermənilərin zindanında saxlanılan Qarabağı da müdafiə edəcəklərmi? Qarabağı Azərbaycan hakimiyyətindən və Qərbdən tələb edə biləcəklərmi? Mən hələlik bunların sağlam niyyətlə birləşmələrinə, millətin və dövlətin maraqlarına xidmət etdiklərinə inanmıram.Yaşayarıq , görərik”.

Beləliklə, Milli Şuranın aksiya keçirməsində əsas məqsədin Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların olması və başqa bu kimi illərdir çeynənmiş tezisləri yenidən dövriyyəyə buraxıb, ölkəni nüfuzdan salmaqdır. Belə olmasaydı, illərdir siyasətdə var-gəl edənlər və bu sahədə naşı olmayanlar bir qrup şəxslə yenidən meydana çıxıb özlərini gülünc vəziyyətə salmazdılar. Mitinq modelində bir qrup insanın iştirakı ilə ortaya çıxmaqdansa, digər format seçilə bilərdi. Məsələn, birlikdə hansısa konfrans təşkil edib saatlarla müzakirələr aparmaq və iqtidar tərəfə yazılı formada tələblər göndərilə bilərdi. Belə olduqda müxalifət, həm də öz kiçik dəstəkçilərini də gizlədə bilərdi. Amma müxalifət yenə də müəyyən dairələr tərəfindən meydanlara sürükləndi. Nəticə isə göz önündədir

  • 19 yanvar mitinqi son illərdəki aksiyalardan fərqli olmadı, maraqsız, zövqsüz bir əyləncə kimi yadda qaldı;
  • Mitinqdəki çıxışlarda səslənən fikirlər Milli Şuranın qərəzli, xaosa meylli bir qüvvə olduğunu yenidən sübuta yetirdi;
  • Mitinq siyasi məhbuslara azadlıq tələbi ilə təşkil olunsa da, çıxışlarda hakimiyyətə gəlmək ehtirasları bu tələbi arxa plana keçirdi;
  • Bir qrup insanın emosiyası hakimiyyəti düşünməyə vadar edə biləcək təsir gücünə çevrilmədi;
  • Aksiyaya heç bir yeni ziyalı, cəmiyyətdə tanınan şəxs qatılmadı;

Müxalifətin mitinqdən sonrakı davranışları da dəyişmədi. Yenə fərqli istiqamətlərdən çəkilmiş fotolarda meydana çox adamın gəldiyi iddiası ortaya atılaraq, öz-özünü aldatmaq xətti götürüldü. Reallıq isə ondan ibarət oldu ki, ümumilikdə 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul stadionu” dolmadı. Bu amil bir daha vətəndaşların müxalifətin məlum qanadının çağırışlarına biganə qaldığını, bu qrupların ciddi sosial dayağının olmadığını açıq nümayiş etdirdi. Çıxışlar zamanı isə cəmiyyətin diqqətini çəkən heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi-eyni simalar, eyni şüarlar, 25 ildir verilən yalan vədlər və s.

Elman Babayev