- Dünyanın halı
- 16:38
- 2 069
Lula da Silva 2026-cı ildə yenidən prezidentliyə namizəd olacaq

Braziliya prezidenti Luiz İnasio Lula da Silva oktyabrın 23-də 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
"Mən Braziliyada dördüncü müddətə namizəd olacağam. Bunu sizə ona görə deyirəm ki, biz daha çox görüşəcəyik", - Revista Forum portalı onun sözlərini sitat gətirib.
Da Silva bu barədə İndoneziya prezidenti Prabovo Subianto ilə keçirdiyi mətbuat konfransında bildirib. Braziliya lideri 80 illik yubileyinin yaxınlaşmasına baxmayaraq, 30 yaşında olduğu kimi enerji ilə dolu olduğunu deyib. O, həmçinin Braziliya ilə İndoneziya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına sadiq olduğuna inandırıb.
Mövsüm,
AzNews.az