Yaxud dizi qırılan qızcığaz və qızını qaragüruhun ağuşuna tulllayan “ata” Yaxud dizi qırılan qızcığaz və qızını qaragüruhun ağuşuna tulllayan “ata”
  • Yazarlar
  • 20 Sentyabr 2019 14:29
  •  5 120

Kişilərin azlıq təşkil etdiyi ölkədən atasını kişi olmağa səsləyən Selcan...

Yaxud dizi qırılan qızcığaz və qızını qaragüruhun ağuşuna tulllayan “ata”

1825-ci ildə dekabristlər üsyanı vaxtı P.Pestelin yaxın tərəfdaşlarından biri 14 yaşlı qızını şiddətə məruz qoyur, necə olursa, bilməyərəkdən öz qızının barmağını kəsir. Sonra nə baş verir, bilirsinizmi? Pestel həmin tərəfdaşını, yaxın dostunu özündən uzaqlaşdırır, hətta I Nikolay tərəfindən üsyanın yatırılmasından sonra da Pestel razı olmur ki, həmin dostu onunla eyni cərgədə edam edilsin. Pestel edam edilir, onu isə Sibirə sürgün edirlər. Şübhəsiz ki, Əli Kərimli P.Pestel deyil, elə öz qızının dizini qıran Fuad Qəhrəmanlıya qarşı da Pestel nümunəsini göstərə bilməzdi, heç adi vətəndaş mövqeyi ortaya qoya bilmədi, olmadı, bacarmadı. Bir neçə ay ərzində bütün Çar Rusiyasını ayağa qaldıran Pestellə Ə.Kərimlinin adını eyni cümlədə işlətdiyimə görə də hamınızdan üzr istəyirəm...

Hər kəs məsələdən halidir: cəmiyyətə demokratiya, humanizm prinsipləri vəd edən AXCP sədrinin müavini F.Qəhrəmanlı evində gestapo rejimi qurubmuş, ailəsini sadist, vəhşi “qanun”larla idarə edirmiş, “Dəli kür”ün Cahandar ağası olmaqla qız övladının azadlığını elə beşiyindəcə boğmaq, 18 il dizləri bükülü, gözü qıpıq böyütmək, həyat yoldaşının barmaqlarını qırmaq arasında böyük fərq var. At belinə minib çay kənarından başqasının arvadını oğurlayıb aparmaq da bir ar deyil, amma... Rayona, şəhərə qaçmadı Selcan, orda da qorxurdu ki, atası ona tapar, bu dəfə boynunu qırar. Hollandiyadan – kişilərin azlıq təşkil etdiyi ölkədən öz atasını kişi olmağa səslədi. Məsələni qeybətə yox, istibaşla soyuqanlı şəkildə təhlil etsək, əslində nəyin baş verdiyini aydın görəcəyik:

1. F.Qəhrəmanlı qızı Selcanın dizini qırıb

2. F.Qəhrəmanlı həyat yoldaşı, ictimai fəal, yazıçı Zümrüd Yağmurun barmaqlarını qırıb

3. Selcan Hollandiyatya oxumağa gedib və ora çatar-çatmaz atasının sadist hərəkətlərini ifşa edib

4. F.Qəhrəmanlı qızının profilinin oğurlandığını deyərək yalan danışı

5. Z.Yağmur qızının müdafiəasinə qalxdı

6. F.Qəhrəmanlı həqiqətin ortaya çıxdığını görüb bu dəfə öz qızını feministlikdə günahlandırdı

7. F.Qəhrəmanlı öz qızına “Allah bəlanı versin” mesajını göndərdi

8. Bütünm cəbhəçilər dizləri qırılan Selcanı, barmaqları qırılan Zümrüdü yox, F.Qəhrəmanlını “müdafiə” etdilər

9. Sosial şəbəkələrdə cəbhəçilər kütləvi halda Selcanın ünvanına söyüşlər yağdırdılar, onu pozğunluqda ittiham etdilər

10. Ölkədə pişik asqıranda Facebookda çıxıb “aydınlıq” gətirən AXCP sədri Ə.Kərimli iki gündür susur

11. “Mən həbsdə oldum deyə, qızımın tərbiyəsi ilə məşğul ola bilmədim” açıqlamasını da verən F.Qəhrəmanlı idi, o, bununla öz həyat yoldaşını “pis tərbiyəçi” kimi təqdim etməli deyildi

12. Və nəhayət... F.Qəhrəmanlı qızının söyülməsinə susur

Bəs bütün bunlar baş verəndə hansı addımlar atılmalı idi?

1. F.Qəhrəmanlı qızına şər atmalı, “qızımın profili oğurlanıb” deyərək insanları, ailəsini növbəti dəfə aldatmalı deyili

2. F.Qəhrəmanlı canlı efirə çıxıb, yaxud adi yazılı postla qızından, ailəsindən üzr istəməli, səhvlərini etiraf etməli idi

3. Ə.Kərimli canlı efirə çıxıb məsələyə qısa şəkildə münasibət bildirməli və F.Qəhrəmanlının AXCP-dən qovulması üçün iclas çağırmalı idi

4. F.Qəhrəmanlı isə bütün bunları gözləməyərək AXCP-dən könüllü istefa verməli idi

5. Ə.Kərimli 18 yaşlı Selcanı əxlaqsızlqıda ittiham edən cəbhəçilərə müraciət etməli idi, amma etmədi, özünə sərf edən yerdə durdu, cəbhəçilərin hamısına “28 sentybar mitinqinə zərbə dəydi” statusu, şərhləri yazdırdı

6. Və nəhayət kifayət qədər belə “nümunə”lərlə dolu olan AXCP “format” olunmalı, Ə.Kərimli Kəmalə Bənənyarlı, fatimə Mövlamlı “təcrübəsi”ndən çıxış edərək özü də AXCP-nin başını buraxmalı idi. Daha nə baş verməli idi ki!?

Ə.Kərimli həm də ona görə AXCP-dən getməli, partiya həm də ona görə yenidən “format” olunmalıdır ki, F.Qəhrəmanlının bütün bu cinayətlərini bilib, öz qızının dizini qıran atanı daha da şiddətləndirib, selcan demişkən “qonşu arvad” rolunda çıxış edib, uzun illər boyu süni yollarla bir ailəni şiddət, məhrumiyyətlərə dözməyə vadar edib.

Dünən diqqətimi nə çəkdi?

Deməli, hər kəs F.Qəhrəmanlının vəhşiliklərindən yazıb danışırdı, sosial şəbəkələrdə əsas mövzu məhz bu idi. “Harda aş-orda baş” olan, özünü hər kəsin “qoruyucu mələyi” kimi təqdim edən Aslan İsmayılov Selcanın müdafisənə qalxmaq əvəzinə, güllənən bir it videosu paylaşıb cəmiyyətə səsləndi ki, bəs bu haqsızlığa, vəhşiliyə susmayaq! Əslində o, bununla sübut etdi ki, onun üçün insan həyatı bir küçə itinin həyatı qədər önəmli deyil. Bəlkə səhv deyirəm? Həm Ə.Kərimli, həm də A.İsmayılov təsdiqlədilər ki, özlərinin siyasi ambisiyalarına nəinki başqalarının ailələrini, hətta öz ailələrini də qurban verərlər. Ayıbdır, vallah, siyasətçi ola bilmədiniz, heç olmasa, normal kişi, layiqli vətəndaş olun!

Xatırlatma!

Siyasətçi təmiz olmalıdır, ailəsinə qarşı xüsusi həssaslıqla yanaşmalıdır. Öz ailəsini mənəvi “nokaut”lara məruz qoyan birinin sabahkı revanşist, qisasçı addımlarını təsəvür edin... Xəlil Rza Ulutürk Lefortovo həbsxanasında yatanda həyat yoldaşı ona yarpaq dolması aparırmış, şairin ürəyi dolma istəyib də, ondan... Gəlib ondan soruşurlar ki, saatlarla həbsxananınn divarlarının arxasında oturursan, bu iradə, bu möhkəmlik səndə hardandır? Firəngiz xanım cavab verir:

- Məni Xəlil rza Ulutürkün səmimiyyəti, qayğıkeşliyi, həlimliyi, ailəsinə qarşı sevgigi belə möhkəm edib...

Samir FEYRUZ