Cənub cərəyanların aktivliyi

Sosial mediada ərəb turistlərə qarşı kampaniyalar başladılıb və bir çox dostlarımız da bu mövzuda tənqidi statuslar paylaşıblar

Videoları 3 gündür müşahidə etsək də, video axınlarının arxasındakı məqsəd-məramlar bu gün aydınlaşmağa başlayıb və kampaniyalar flora-faunanın müdafiəsindən daha çox ərəb turistlərinə qarşı yönəldilib.

3 il öncə sosial və elektron platformlarda cərəyanlar, videoaxınların yönləndirilməsi, gündəm formalaşdırılması mövzusunda geniş yazı yazmışdım.

Yazıdan bir neçə məqamı qeyd edim: Ölkədə daxili qruplara və xarici kənar dairələrə bağlı səhifələr, saytlar və s. internet resursları var . Onlar təbliğat mövzuları və maraqlara görə bölünürlər.

Adətən eyni prosesdə müxtəlif qruplar fərqli maraqlar güdür.
Daxildəki resurslar adətən öz qrup maraqlarını, şimal və cənub cərayanlar öz maraqlarını güdür, kimə bağlı olduğu bilinməyən resurslar isə günün birinci yarısı bütün qrupların maraqlarına, ikinci yarısı isə bunların tam əksinə təbliğat aparırlar.

Axrıncı qrupun məqsədi cəmiyyətdə şübhə toxumu səpmək , bunun üzərində yaranan inamsızlıq və aqressiyanı daha sonra müxtəlif ünvanlara yönləndirməkdir.
Öncəliklə ərəb turistlərin ov mövzusundakı kampaniya aylardır karantində oturan vətəndaşın qıcığına hesablanıb və paylaşımların cuzi hissəsi səmimi flora-fauna sevgisindən doğur.
Ölkəmizə qarşı turizm rəqabətindən yaranan kampaniyalar hələ 2017 - ci ildən təşkil olunur.
2018 - ci ildə Azərbaycanda 8 min ərəb turistin SPİD-ə yoluxması haqqında reportaj, eyni ildə Bakını seks xidmətləri şəhəri adlandıran və yerli qadınları əxlaq mövzusunda ləkələyən, gepatit xəstəliyinin yayılması və s. mövzulardakı reportajlar və onların üzərindən qurulan kampaniyaları yəğin ki xatırlayırsınız.
Ərəb turistləri ilə ölkəyə böyük maliyyə axını gəlir və ərəb turistlərinin ölkəyə gətirdikləri maliyyə haqqında təsəvvür yaranması üçün bir nümunə göstərmək kifayətdir: 2019 - cu ildə Azərbaycana səfər edən ərəblər ancaq nəğdsiz, köçürmə ilə 4,3 milyard manatlıq alver ediblər.Bura nəğd hesablaşmaları da əlavə etsək məbləği təsəvvür etmək çətin deyil.

Ərəb turistləri bu məbləği daha öncəki illərdə regiona yaxın İranın, Gürcüstanın və s. turizm sektoruna xərcləyirdilər.
Ölkə turizminin əsas istifadəçisi olan ərəb turistlərinə qarşı belə kampaniyanın yekun nəticədə kimə faydalı olması və buna görə də son iki gündə cənub cərəyanların aktivliyi təəccüblü deyil.
Bu mövzuda daxili qrupların internet resurslarda aktivliyi isə ölkədəki hotel şəbəkələri ilə, ərəb turistlərinin səfərlərini təşkil edənlərlə (məmurlar, övladları və s) , bu sahəyə nəzarət edənlərlə hesablaşma məqsədi güdür və korporativ maraqlara xidmət edir.

Yekun olaraq onu deyim ki, daxili qrupların korporativ maraqları naminə dövlətin iqtisadi maraqlarının zərbə altına alınması yaxşı hal deyil.
İstənilən halda, ölkədə flora-fauna bütün (daxili və xarici ) hücümlardan müdafiə olunmalı və qanunu pozanlara qarşı (pul qarşılığında nadir quşlarımızı ovlayanlar və ovlamaq imkamı yaradanlar dərhal müəyyənləşib, cəzalandırılmalıdır) sərt ölçü götürülməlidir.