- Yazarlar
- 20 Aprel 2023 10:19
- 39 300
Separatçılar dilemma qarşısında
Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyevin Salyanda verdiyi mesajlar olduqca əhəmiyyətli idi. Bu mesajlarda Xankəndidəki separatçılar əsas hədəf idi. Onlar hazırda dilemma qarşısındadır. Separatçılar ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, Qarabağdan çıxıb gedəcəklər. Hesab edirəm ki, prezidentin onları təlxəklər toplusu adlandırması da proseslərin kulminasiya həddində olmasının göstəricisidir. Vaxtıilə Paşinyan üçün işlənən ifadə göstərir ki, eyni aqibət təkrarlana bilər. Bütövlükdə səslənən bəyanatlar göstərdi ki, İlham Əliyevin bundan öncəki çıxışında 2023-cü ilin ermənilər üçün son şans ili olması ilə bağlı tezisi praktikada əksini tapir. İndiki məqamda separatçıların sonunun yaşanması daha real görünür. Çünki, nəfəsliklərinin tam daralması prosesi həyata keçirilib. Laçın yolu üzərində nəzarət gücləndirilib. Alternativ yollar bağlanıb. Artıq ətraf aləmlə əlaqə qurmaları mümkünsüzdür. Bu durumda onların silahı yerə qoyub tərk etməkdən, erməni əsilli əhalinin isə re-inteqrasiyadan başqa heç bir yolu qalmır. Bu vəziyyət Bakının Qərb qarşısında qoyduğu tələblər doğrultusundadı önəm daşıyır. Çünki, biz dəfələrlə Qərbdəki nümayəndələrə bildirməyə çalışırıq ki, bizim üçün separatçılar ayrı, erməni əhali isə ayrıdır. Əli silahlı terrorçulara olan yanaşmamızın sivil əhaliyə heç bir aidiyyatı yoxdu. Ermənilərin haqqlarının qorunması tələbi irəli sürənlərə hazırki vəziyyət də, cənab prezidentin çıxışı da əsl nümunədir. Bütün bunlar deməyə əsas verir ki, biz artıq üç cinahda uğurlu addımlar atırıq: diplomatiya, ordu və mülki insanlar. Hər üç xəttin təmkinli addımları itki vermədən əhəmiyyətli nəticələr əldə etməyə hesablanıb.
Züriyə Qarayeva
AzNews.az portalının siyasi şərhçisi