- Yazarlar
- 28 Aprel 2023 16:47
- 11 487
Rus sülhməramlılarına yeni təyinat nəyə hesablanıb?
Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırması hesab edirəm ki, təadüfi vaxtda deyil. Volkovun sülhməramlı generalı adı altında missiyası separatçıların hər avtomobilinə görə 1000 dollar rüsum almaqdan ibarət idi. Artıq Laçın yolunda Dövlət Sərhəd Xidmətinin, ardınca isə Gömrük Komitəsinin nəzarət-keçid məntəqəsinin qurulması bu missiyanın icrasını mümkünsüz idi. Görünür, yeni general yeni missiyayla bölgəyə göndərilib. Unutmaq olmaz ki, 1990-cı ildə Lentsov SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib. Üstəlik, Lentsovun ermənilərin sıx şəkildə yaşadığı Krasnodar doğumlu olması, həyat yoldaşının isə erməni olması göstərir ki, ermənilərlə korlanan münasibətin bərpa olunmasıdır. Çünki, Rusiya tərəfi postun quraşdırılmasına faktiki mane ola bilmədi. Lentsovun təyinatından dərhal sonra qondarma başçılarla görüş keçirməsi də göstərir ki, yeni generalın bölgədəki vəziyyətə daha da çətinləşdirməklə bağlı təlimatları var. Açıq-aşkar şəkildə Azərbaycana hörmətsizlik, qondarma bayraq əhatəsində görüş danışıqların da ölkəmizin suverenliyinə əks olduğunun göstəricisidir. Bütün bunlar heç də adi vaxtda baş vermir. Nəzarət məntəqəsinin olması separatçıların nəfəsliyinin bağlanması deməkdi. Bölgədə separatçılara dəstək “öhdəliyi” olan Rusiyanın onlar qarşısında imici də tamamilə sarsılmış vəziyyətdədir. Digər tərəfdən isə postun quraşdırılması yaxın zamanda Xankəndidə də Azərbaycan bayrağının dalğalanması deməkdir ki, bu durumda rus sülhməramlılarına bölgədə heç bir ehtiyac qalmır. Demək ki, məhz indiki vaxtda bu cür təyinat Moskvanın Qarabağda dayaqlarını mümkün vəchlə möhkəmləndirməyə hesablanıb. Həmçinin, ola bilsin ki, Rusiya tərəfi ermənilərə bölgədə Azərbaycan ordusunun irəliləməsinə görə köhnə generalı cəzalandırdığı mesajını da vermiş ola bilər. Səbəbin nə olmasından aslı olmayaraq, birmənalı olan yalnız odur ki, Rusiya hazırki durumdan olduqca narahatdır.
Züriyə Qarayeva
Aznew.az portalının siyasi şərhçisi