Polşada erməni lobbisinin “gücü”

Polşa mühafizəkar dəyərləri bölüşən ölkədir. Əhalinin böyük qisminin kəndlərdə və əyalətlərdə yaşaması, eyni zamanda ölkə əhalisinin böyük qisminin yaşlı olması Polşa cəmiyyətini mühafizəkarlaşdırır. Hazırda Polşaya rəhbərlik edən Haqq və Ədalət partiyası(PİS) Euroskeptik mühafizəkar, xristian fundamentalist bir partiyadır.

Buna baxmayaraq Polşanın hazirki rəhbərliyi xalqın böyük qisminin Aİ-dən çıxmaq üçün dəstəyinə malik olmasına baxmayaraq daha çox praqmatik və realist siyasət yürüdür. Polşa Aİ-yə üzvlükdən ən çox qazanan və ən yaxşı inkişaf edən ölkə oldu. Burada ÜDM 680 milyard dollara çatır. Bu göstəricilərinə görə, G20-nin bir çox üzvünə çatmaqdadır. Polşa rəhbərliyi qlobal şirkətləri ölkəyə gətirməklə yeni iş yerləri yaratdı və ölkədə elmtutumlu və texnoloji istiqamətli iş yerləri yarandı.
Polşa regionun əsas maliyyə mərkəzlərindən birinə çevrildi. Daha doğrusu böyük şirkətlər, banklar öz ofislərinin Polşada açmağa başladılar. NATO-ya üzvlük, şəffaf vergi siyasəti təhlükəsizlik və şəffaflıq baxımından sərmayədarları cəlb edirdi. Bu da ölkəyə miqrant axınını sürətləndirdi.

Polşada realist və praqmatik mühafizəkarlar kimi, idealist və radikal milliyətçilər də mövcuddur. Son illər Polşada artan miqrantlar, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkədə baş verən iqtisadi böhran, artan inflyasiya, qiymətlərin yüksəlməsi, eyni zamanda Brüssel ilə gərginləşən münasibətlər Polşada populistlər üçün yeni imkanlar yaradır. Bu cür populistlərə misal olaraq Konfederasiyaçıları misal göstərmək olar. Son illər əyalətlərdə və bir sıra milliyətçi bölgələrdə nüfuzunu artıran partiya Polşa seyminə keçiriləcək oktyabr seçkilərində daha çox yer əldə etməyə çalışır.

Onların gənc liderlərindən olan Kriştof Boşak isə Azərbaycana qarşı xüsusi nifrəti ilə seçilir. Konfederasiyaçılar islamafob, anti miqrantçı, dindar, anti LGBT, Euroskeptik düşüncələrə malikdirlər. Sual yarana bilər ki, Boşak niyə məhz Azərbaycana nifrət edir, əslində Boşak bütün müsəlman miqrantlara qarşı radikal fikirləri ilə seçilir, lakin Azərbaycana qarşı nifrətin bu cür reklam olunmasında şübhəsizdir ki, Polşada yaşayan erməni icması xüsusi rol oynayır. Baxmayaraq ki, qeyri-rəsmi statistikaya əsasən Polşada təxminən 45 minə yaxın Özbəkistan, 36 minə yaxın Qazaxıstan, 30 minə yaxın Azərbaycan, 32 minə yaxın Türkiyə vətəndaşları mövcud olduğu halda Polşa milliyətçiləri Azərbaycan və Türkiyəni daha çox hədəfə alır, şübhəsiz ki burada erməni lobbisi xüsusi rol oynayır.

Kriştof Boşak öz çıxışlarından birində azərbaycanlıları qara vəhşi barbar və ölkənin gələcəyi üçün basdırılmış mina adlandırmışdır. Eyni zamanda Boşak Qarabağda ermənilərə qarşı soyqırım olduğunu iddia etmiş, Qarabağın blokadası kimi ümumi erməni gündəmini mənimsəmişdir.
Bütün bunlardan əlavə Boşak azərbaycanlıları qara barbar vəhşi adlandırmaqla onların Ağ Polşa cəmiyyəti üçün təhlükə olduğunu qeyd etmişdi. Bu tipik Avropa ağ milliyyətçi və irqçi gündəminin davamıdır. Əslində Avropanın digər dövlətlərində xüsusilə Almaniya kimi ölkələrdə anti miqrantçı qüvvələr son illər nüfuz qazanır, amma Azərbaycan onlar üçün ayrıca gündəm deyil.
Lakin Fransa və Polşada aşırı radikalların anti miqrant tezislərində Azərbaycan gündəmi məhz erməni amili bağlıdır. Ermənilər Polşa ilə olan ümumi xristian və katolik bağlarından istifadə edərək, Polşa milliyətçiləri arasında anti Azərbaycan tezislərini gücləndirirlər.

Hazırda Polşada hakimiyyətdə olan PİS höküməti Azərbaycanla çox yaxşı münasibətlərə malikdir. Bu hökumət mərhum prezident Lex Kaçinskinin komandasıdır. Ana müxalifət olan Vətəndaş Həmrəyliyi partiyası(PO) da, keçmiş baş nazir, Aİ-nin sabiq liderlərindən olan Donald Tuskun partiyasıdır və Azərbaycanla praqmatik, hesablanan münasibətlərə malikdirlər. Son sorğulara əsasən həm PİS(36%), həmçinin PO(29%) hazırda ilk iki yeri bölüşürlər. PİS son illər reytinq itirsə də, prezident Duda və baş nazir Moraveçki Rusiyanın Belarusda fəaliyyətlərindən və Ukrayna böhranından istifadə edərək daxildə yenidən qalib gəlməyə çalışır. Ukraynada yazılıma qoyulan qadağa da fermerlərin səsini qazanmaq üçündür.
Lakin Konfederasiyaçıların artan reytinqi, son sorğulara əsasən 14%, bir çox əyalətlərdə populyarlığı gələcəkdə Polşaya təhsil almaq və çalışmağa getmək istəyən azərbaycanlılar üçün problemlər yarada bilər.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi