Fransa prezidentinə qarşı etirazların növbəti dalğası

Makron uğursuz diplomatiyası ilə ölkə daxilində də təlatümlər yaşatmağa davam edir. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi diplomatic korpusların nümayəndələri tərəfindən davam etdirilir. Fransanın Yaxın Şərqdəki və bəzi Şərq ölkələrindəki diplomatik nümayəndələri prezident Emmanuel Makronun İsrailyönlü münasibətindən təəssüfləndiklərini bildiriblər. Səbəb isə onun İsraillə bağlı tutduğu ritorikadır. Oktyabrın 7-də HƏMAS-ın hücumundan dərhal sonra Fransa lideri "İsrailin özünü müdafiə etmək hüququnu qeyd-şərtsiz dəstəklədiyini" bildirib. 10 səfir Parisin İsrail-Həmas münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. Səfirlər “Fransanın İsrailin lehinə mövqeyinin Yaxın Şərqdə yanlış anlaşıldığını və bu, onun israillilərlə fələstinlilər arasında ənənəvi balanslaşdırılmış mövqeyi ilə ziddiyyət təşkil etdiyini” əsaslandırıblar. Fransa mətbuatında dərc olunan xəbərlərdə “Fransanın nüfuz və təsir itkisinə məruz qaldığı, ölkənin ərəb dünyasındakı pis imicinə diqqət çəkildiyi” bildirilən məktubda bunun Makronun tutduğu mövqenin nəticəsi olduğu deyilir. Fransa ilə Yaxın Şərq arasında etimad böhranının “ciddi” olduğu və “uzunmüddətli” olma riski daşıdığına dair xəbərdarlıq edilən məktubda, “Keçmişdə Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlı böhranlar yaşadıq, qarşısını aldıq. Lakin bu dəfə bizə qarşı inamsızlıq dərindir və yəqin ki, davam edəcək” deyilib. Fələstin tərəfdarı nümayişlərin qadağan olunduğu Fransada Senat və Assambleya sədrlərinin çağırışı ilə noyabrın 12-də Parisdə “antisemitizmə qarşı yürüş” keçirilib.

Görünür ki, kolonial keçmişdən əl çəkə bilməyən Fransa prezidenti münaqişə ocaqlarının olduğu yerlərdə qızışdırıcı mövqe tutmağı ənənə halına gətirib. Öz daxilində hər növ sosial və digər problemlərə biganə yanaşan bu lider başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən sanki zövq alır. Bu yarıtmaz siyasət Makronun onsuzda dağılmış nüfuzuna daha da zərbə endirəcək və onun 2027-ci ildən daha erkən hakimiyyətdən getməsinə şərait yaradacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi