Fransa nə etmək istəyir?

Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Əslində, bu siyasət illərdir var. Sadəcə 30 il ərzində dırnaqarası vasitəçi statusu qazanaraq təcavüzkarlığa təkan vermək məqsədi daşıyırdılar. Lakin Azərbaycan bütün niyyətlərin qarşısını aldı, ordu imkanlarını və diplomatik gücünü ortaya qoyaraq ərazi bütövlüyünü təmin etdi. Bu istiqamətdə Ermənistanı dəstəkləyən Fransa da daxil olmaqla, güclər var idi ki, Azərbaycanın suverenliyini bərpa etməsi onların maraqlarına uyğun gəlmirdi. Bütün bu maraqlara əks olaraq Azərbaycan haqlarını, BMT nizamnaməsinin müddəalarını, özünü müdafiə hüququnu əsas tutaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Fransa riyakər xislətini daha çox büruzə verməyə, qıcıqlandığını bariz göstərməyə başladı. Fransanın casus şəbəkəsinin Azərbaycanda ifşa olunması da bu siyasəin tərkib hissəsidir. Onlar hələ də müxtəlif vasitələrlə çirkin niyyətlərini həyata keçirməyə, prosesi sabotaj etməyə çalışırlar. 44 günlük Vətən müharibəsindən sonrakı dövrlərdə də Fransanın arzuları suya düşdü. Fransa müharibədən sonra Ermənistanı maksimum sülh müqaviləsindən yayındırmağa, dialoq şəraitinin yaranmasına mane olmağa çalışırdı. Buna baxmayaraq, Azərbaycan uğurlu sülhə məcburetmə diplomatiyası ilə Ermənistanı sülhə doğru irəliləməyə vadar etdi. Ermənistan artıq Azərbaycanın şərtlərinə boyun əyməkdən başqa yolunun olmadığını anlayır. Bu baxımdan, yenə də Fransanın xəyalları suya düşmüş oldu. Biz belə sabotajların hələ çox şahidi olacağıq. Fransa da daxil olmaqla, güclər var idi ki, suverenliyimizin bərpası onların maraqlarına uyğun gəlmirdi. İstənilən halda, Azərbaycan diplomatik sferada adekvat addımlar atır, Fransaya kifayət qədər reaksiya verir. Düşünürəm ki, əvvəllər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə fərqli reaksiya verib indi qəbullanan güclər siyahısna gələcəkdə Fransa da qoşulacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi