8 kəndə qarşılıq 31 kənd iddiası reallaşacaqmı?

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində erməni işğalı altında olan 8 kəndimizin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Bugünə qədər də aktuallığını heç bir zaman itirməyib. Ermənistanla delimitasiya üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir.

Azərbayan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır. Azərbaycanın bu haqlı mövqeyinə beynəlxalq səviyyədə də dəstək verilir. Bu kəndlərin yeddisi Qazax rayonuna daxildir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır. Xüsusən 4 anklav olmayan kəndlərlə bağlı məsələ erməni mediasının da diqqətindədir. Ümumi rəyə nəzər yetirdikdə yaxın perspektivdə həmi kəndlərin qaytarılması ilə bağlı razılıq ab-havası müşahidə edilir. Anklav olan Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı, Sədərəyin Kərki kəndinin qaytarılması 2-ci mərhələdə müzakirə edilə bilər.
Bu kəndlərin qaytarılması Azərbaycanın dünyada tanınmış ərazi bütövlüyü prinsipi çərçivəsində həyata keçirilir. Ermənistanın bu istqaimətdə də yürütdüyü destruktiv siyasət ərazi bütövlüyü və suverenlik prinsiplərini ehtiva edən və pozulmasını qadağane dən hüquqi sənədlərə, beynəlxalq hüquqi aktlara ziddir. Odur ki, İrəvan pozulan hüquqların bərpasını ya xoşluqla təmin etməli, ya da digər pozulan hüquqlarımızın təminatında olduğu kimi bu məsələdə də prinsipiallığımı ortaya qoyaraq öz imkanlarımız çərçivəsində problemi həll edəcəyik. İrəvanın Bakının tələbi qarşısında “31 erməni kəndinin qaytarılması” iddiasından əl çəkməməsi deməyimizə əsas verir ki, ikinci həll variantının reallaşacağı ehtimalı yüksəkdir. Həm də yaxın perspektivdə..

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi