Bakı-Tiflis xəttində yeni mərhələ

Öncə, martın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana səfər etdi. O, Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb. İki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub. Son zamanlar xaricdən maliyyələşən QHT-lərin, media subyekti adlanan qurumların əməkdaşlarının maliyyəsinin məhz Gürcüstan üzərindən ötürülməsi ilə bağlı ifşaedici faktlar ortaya çıxıb və cəmiyyətə açıqlanıb. Hesab edirəm ki, Ramil Usubov məhz dost ölkələr arasında bu kimi məsələlərə həssaslıqla yanaşılmanın təzahürüdür. Qonşu ölkədə sabitliyin pozulmasına yönələn hərəkətlərin maliyyələşdirilməsi üçün tranzit kimi istifadə edilən dövlət buna dərhal reaksiya verməlidir. Bu faktın Gürcüstan qanunvericiliyinə uyğun olub olmsması da mənə maraqlıdır. Amma görünən budur ki, maliyyənin çatdırılması üçün Gürcüstandan tranzit kimi istifadə olunur. Düşünürəm ki, Ramil Usubovun səfərindəki müzakirə predmetləri,ən yüksək səviyyədə razılaşdırılıb. O da təbiidir ki, müzakirə olunan aktuallıqların heç də hamısı ictimaiyyətə açıqlana bilməz. Bu səfər gündəmdə olan məsələlərin Gürcüstan dövlətinin nəzərinə çatdırılması, müəyyən məsələlərin həlli üçün xahiş və tələblərin qonşu ölkənin müvafiq orqanlara bildirilməsi baxımından da əhəmiyyətli səfər olub.

Daha sonra Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlərinin 9-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşü olub. Nazirlər iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin və birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyini vurğulayıblar və bu baxımdan Azərbaycan və Gürcüstan arasında Hökumətlərarası Birgə Komissiyanın mühüm roluna toxunublar. İki gün öncə Gürcüstan baş nazirini Bakıda qəbul edən Əliyev birgə səylərlə Azərbaycan və Gürcüstanın öz iqtisadi inkişafına nail olduqlarını bildirib. Təbii ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlara yol açacaq. Yeni layihələr, xüsusilə yaşıl enerji layihələri üzərində çalışdıqlarını deyən Əliyev hər iki ölkənin bu sahədə geniş potensialı olduğunu vurğuladı. Gürcüstanın baş naziri Kobaxidze Əliyevə Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini bildirib.Düşünürəm ki,əslində bu qlobal güclərə, xüsusən avropalı canfəşanlıq edənlərə önəmli bir mesajdır.
Kobaxidze həmçinin gələcək üçün böyük planların cənab Əliyevlə birgə həyata keçirə biləcəyimiz bir çox layihələri müzakirə etdiklərini də bildirdi.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi