Hansı ölkələr Fələstinin müstəqilliyini tanıyır?

Fələstinin qlobal siyasətdəki rolu regional sabitlik, insan haqları və beynəlxalq hüququn tətbiqi kimi bir çox sahələrdə müzakirə mövzusu olmaqda davam edir. İsrailin aylarla davam edən hücumları nəticəsində Qəzzada qarşıdurmaların şiddəti artdıqca, bütün dünyada Fələstin Dövlətinin tanınması çağırışları yenidən gündəmə gəlib. Norveç, İrlandiya və İspaniya Fələstini dövlət olaraq tanıyacaqlarını açıqlayıblar. Qərbin tanınması ilə bağlı qərarlar İsrailin qlobal siyasətdə manevr imkanlarını daraldacaq. Şimali Avropa ölkəsi Norveç mayın 28-də Fələstini rəsmən tanıyacaq. Sonra İrlandiya və İspaniya Fələstini dövlət kimi tanıyacaqlarını açıqladılar. İrlandiyanın baş naziri, "Bu mövzuda önümüzdəki həftələrdə addımlar atmağı planlaşdırırıq" dedi. İspaniyanın baş naziri Pedro Sançes mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıb. Malta və Sloveniya kimi ölkələr də “uyğun şərait yarandıqda” Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər. Bu, Fələstin Dövlətinin beynəlxalq səviyyədə daha çox tanınmasını təmin edəcək mühüm addım hesab olunur.
Əslində bu vəziyyət Qərb dövlətlərinə təzyiq göstərə bilər. Fələstinin dövlət kimi tanınması İsrailin qlobal siyasətdə manevr imkanlarını daraldacaq. Başda ABŞ kimi ölkələrə təzyiq göstərə biləcək. Bu addım həm də Fələstinin qlobal siyasətdəki rolunu qaynar və dinamik bir mövzu olaraq saxlamağa davam edəcək. Fələstinin beynəlxalq səviyyədə tanınması İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində mühüm addım hesab edilsə də, prosesin mürəkkəbliyi və müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik amilləri səbəbindən hələ də çoxlu qeyri-müəyyənliklər mövcuddur. Görünən odur ki, Fələstinin statusu və tanınması, xüsusilə iki dövlətli həll və regional sabitlik baxımından beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə davam edən mühüm məsələ kimi gündəmdə qalacaq.
Nəhayət, BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT TŞ-də yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib. Sözügedən qərar Fələstinə BMT-yə tam üzvlük haqqı verməsə də, bir çox BMT üzvünün dəstəyini göstərdiyi üçün vacibdir. BMT-nin 193 üzvündən 139-u Fələstin dövlətini tanıyıb. Bu, Fələstinin artan beynəlxalq qəbulunu əks etdirən mühüm mənzərədir. Bundan sonra Qərbdə Fələstin Dövlətini tanıyan ölkələrin sayının artacağı gözlənilir.
Qeyd edim ki, 1988-ci il noyabrın 15-də Yasir Ərəfat birtərəfli qaydada müstəqil Fələstin Dövləti elan edərək, Qüdsü paytaxtı təyin etdi. Bu elan Fələstin Milli Şurasının Əlcəzairdə keçirilən iclasında qəbul edilib və Əlcəzair müstəqil Fələstin Dövlətini rəsmən tanıyan ilk ölkə olub. Bu elandan bir neçə həftə sonra onlarla ölkə, o cümlədən Türkiyə, Hindistan, ərəb dünyasının böyük hissəsi, bəzi Mərkəzi və Şərqi Avropa ölkələri də eyni addımı ataraq müstəqil Fələstin Dövlətini tanıdı. Bu, Fələstinə daha çox beynəlxalq qəbul və dəstək istiqamətində mühüm dönüş nöqtəsi oldu. 2010-cu ilin sonu və 2011-ci ilin əvvəlində, Yaxın Şərq sülh prosesinin böhran içində olduğu bir vaxtda Argentina, Braziliya və Çili kimi Cənubi Amerika ölkələri Fələstinə dəstəklərini açıq şəkildə ifadə etdilər. Bu qərar Fələstinin daha çox beynəlxalq səviyyədə tanınması və dəstəyin təmin edilməsi üçün mühüm addım hesab edilib. Bu ölkələrin dəstəyi sülh prosesində Fələstinin hüquq və tələblərinin daha çox vurğulanmasına və nəzərə alınmasına töhfə verdi. İsveç Qərbi Avropada Fələstini tanıyan ilk ölkə olub. Avropada Fələstini dövlət kimi tanıyan ölkələr də var. Lakin Qərbi Avropa ölkələrində bu münasibət yoxdur. İş o yerə çatıb ki, birliyə qoşulduqdan sonra İsveç 2014-cü ildə Qərbi Avropada Fələstin Dövlətini tanıyan ilk Avropa İttifaqının (Aİ) üzvü oldu. Fələstini Aİ-yə daxil olmamışdan əvvəl tanıyan ölkələr də var. Bolqarıstan, Çexiya, Macarıstan, Kipr, Polşa və Rumıniya bu ölkələr sırasındadır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi