• COP29
  • 20 İyun 10:50
  •  18 810

Yalçın Rəfiyev: Gənclər COP29-da qarşılıqlı fəaliyyətin bir hissəsi olmalıdırlar

Gənclər COP29 zamanı qarşılıqlı fəaliyyətin bir hissəsi olmalıdırlar.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkil etdiyi iqlimlə mübarizə üzrə forumda deyib.

“Belə tədbirlər vasitəsilə biz gənclərin fəal iştirakını ehtiva edən gündəliyimizi irəli apara bilərik”, - nazir bildirib.

Y.Rəfiyev iqlim dəyişikliyi ilə mübarizədə gənclərin fikirlərinin nəzərə alınmasının vacib olduğunu adlandırıb: “COP29-un sədri olaraq biz bütün fəaliyyətlərimizə gənclər komponentini daxil etmişik. Danışıqlar zamanı biz Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və digər təşkilatlarla əməkdaşlıq edirik. Biz gəncləri dinləməli, onların fikirlərini danışıqlarda təmsil etməyə çalışmalıyıq”.