“Qanun” nəşrlər evi yeni kitabı satışa göndərib. “Qanun” nəşrlər evi yeni kitabı satışa göndərib.

Lənkəranski haqqında kitab yazıldı

“Qanun” nəşrlər evi yeni kitabı satışa göndərib.


Nəşriyyatdan AzNews.az-a verilən məlumata görə, bu, Bəhram Çələbinin "Rövşən Lənkəranski" adlı kitabıdır.

Kitab kriminal aləmdə sanballı avtoritetlərdən biri – Rövşən Lənkəranski kimi tanınan Rövşən Rafiq oğlu Canıyevin həyat və fəaliyyətindən bəhs edir. Müəllif xatirələri toplamaq üçün Rövşən Canıyevi tanıyıb-bilənlərlə görüşüb, onların söylədiklərini bir araya gətirməyə çalışıb..

Qeyd edək ki, gənc olmasına baxmayaraq, kriminal aləmdə xüsusi çəkisi olan Rövşən Lənkəranski yalnız MDB məkanında deyil, Türkiyə, BƏƏ, İsrail və İtaliyada da hörmətli avtoritet kimi ad çıxarıb.

Bir müddət əvvəl İsə İstanbulda öz maşınında güllələnib, xəstəxanada dünyasını dəyişib.