Türkiyədə seriallardan ayrılanların siyahısına Fəxriyə Evcen də qatılıb. Türkiyədə seriallardan ayrılanların siyahısına Fəxriyə Evcen də qatılıb.

Bu aktyorlar yeni mövsümdə ekranda olmayacaq - SİYAHI

Türkiyədə seriallardan ayrılanların siyahısına Fəxriyə Evcen də qatılıb.


AzNews.az xəbər verir ki, o, yeni sezonda üstünlyü film sektoruna verəcəyini deyib.

"Karadayı" serialında baş rolda çəkilən Bərgüzar Korel və Kənan İmirzalıoğlu da növbəti sezonda seriala çəkilmək istəmədiklərini açıqlayıblar.

"Məhəbbət sənə bənzəyir" serialında sevgilisi Burak Özçivitlə birlikdə rol alan Fəxriyə Evcen də qəti qərara gələrək kino sektoruna üz tutacağını söyləyib: "Gələn sezon serialda görünməyəcəyəm, filmdə çəkilmək istəyirəm. Bir filmim var, hazırda layihə mərhələsindədir. Bu səbəbdən kiminlə oynayacağımı, nə vaxt çəkəcəyimi bilmirəm. Amma daha çox filmlərdə rol almaq fikrim var".

KƏNAN İMİRZALIOĞLU

Kənan İmirzalıoğlu çəkildiyi serial bitdikdən sonra ekranlara artıq vida deyəcəyini açıqlayıb: "Çəkilmək istədiyim film layihələri var. Onları həyata keçirmək, kino dünyasından uzaq qalmamaq istəyirəm".

ENGİN GÜNAYDIN

Ən son "Qalib dərviş" serialı ilə ekranlarda görsənən Engin Günaydın ekranlardan uzaqlaşmaq istəyən aktyor oldu. O, son olaraq "İçimdəki səs" filmində rol almışdı.

BƏRGÜZAR KOREL

"Karadayı" serialında rol alan Bərgüzar Korel teatra üz tutacağını açıqlayıb.

BERRAK TÜZÜNATAÇ

Ən son "Möhtəşəm Yüz Yıl" serialı ilə ekranlara çıxan Berrak Tüzünataç da kinoya dönən sənətçilərdən biri oldu. Bir zamanlar " Çanakkala yolun sonu" filmində rol alan aktyor yeni bir filmdə çəkilməyə hazırlaşır.