06:02
(077) 610-22-33

İlham Əliyev Rusiyalı qubernatoru qəbul edib - FOTO

  • >
561 13 Mart 2014 18:15 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya Federasiyasının Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Yevgeni Kuyvaşev dedi: "Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur". O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk Vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırladı.

Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını dedi. Prezident İlham Əliyev ölkələrimizin bütün məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Sverdlovsk vilayətində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Rusiya Federasiyasında yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.


AzNews.az
Bağla X