- Köhnə - Dünya
- 24 Noyabr 2017 20:41
- 2 060
Misirdə terror törədən 15 silahlı məhv edilib
Misirin Sinay yarımadasında məscidə hücum etmiş 15 silahlı məhv edilib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.
Qeyd edək ki, Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb.