23:23
(077) 610-22-33

Bu şəxslər tutuldu - SİYAHI

  • >
1 603 1 May 2015 14:35 | Kriminal

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da N.Nərimanov adına NQÇİ-nin yataqlarından birindən 18 metr elektrik kabelini kəsərək oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Poladov tutulub.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Aprelin 29-da Lökbatan qəsəbəsində Bakı şəhər sakini Ramin Hidayətova məxsus "KİA" markalı avtomobildən 2700 ABŞ dolları və 30000 rubl oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini Vaqif Abbasov ələ keçirilib.

***

Aprelin 30-na keçən gecə Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Tünzalə Hümbətovanın evindən qapını sındırmaq yolu ilə televizor oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şiraz Hüseynov tutulub.

***

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Kamil Kərimovun 230 manatını soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Rəşad Nəcəfov ələ keçirilib.

***

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Bəxtiyar Əliyevin boyunbağısını quldurluq yolu ilə almış Quba rayon sakini Daşqın Becanov, Naxçıvan şəhər sakini Vüqar Məmmədov və Şəki rayon sakini Laçın Şərifli tutulublar.

***

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Gülnar Quliyevanın evindən qızıl əşyalar oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Xankişiyev ələ keçirilib.

***

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Elçin Novruzova məxsus mağazadan geyim əşyaları oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İkram Bayramov və Mehman Əliyev tutulublar.

***

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Vaqif Qəribova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Şuşa rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Quliyev ələ keçirilib. Onun avtomobildən 33 manat, maqnitofon, akkumulyator, 1 ədəd təkər, fotoaparat və sənədlər oğurlaması da müəyyən edilib.
Bağla X