14:15
(077) 610-22-33

Ermənilər Sabina Freyzeri topa tutdu

  • >
1 002 7 Sentyabr 2012 08:50 | Siyasət

Onlar Beynəlxalq Böhran Qrupunun direktorunu təxribatda günahlandırıblar



Beynəlxalq Böhran Qrupunun direktoru Sabina Freyzerin son çıxışı ermənilər tərəfindən qəzəblə qarşılanıb. Ramil Səfərovun Azərbaycana gətirilməsindən sonra onlayn-konfrans keçirərək jurnalıstlərin suallarını cavablandırmağa razılıq verən S.Freyzerin cavabları erməni mətbuatının xoşuna gəlməyib.

Belə ki, S.Freyzer Ramil Səfərovun Azərbaycana ekstradasiyasına münasibət bildirərkən "başa düşüləndir" deməklə kifayətlənib. BBQ-nun rəhbəri baş vermiş hadisənin Qarabağ münaqişəsinin həlli prosesinə təsiri ilə bağlı sualı cavablandırmamaqla erməni mətbuatını hiddətləndirib.

Erməni mətbuatı indiyə qədər ekspert kimi rəyini yüksək qiymətləndirdikləri S.Frayzerin bu bacarığını şübhə altına alıblar. Xüsusilə S.Freyzerin hər iki xalqda münaqişənin müharibə yolu ilə həlli fikrinin formalaşması və hər iki ölkənin rəhbərliyinin müharibə hədələri səsləndirməsini söyləməsi erməni mətbuatının kəskin etirazına səbəb olub.

Mətbuat Freyzeri Ermənistanın müharibə istəyi barədə məlumatı hansı mənbədən əldə etməsi ilə maraqlanır. Beləliklə də S.Freyzeri təxribatda günahlandırır. S.Freyzerin tərəflərin münaqişənin həllinə dair təməl prinsiplər üzrə razılığa gəlməsinin 600 min azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş torpaqlara qayıtmasına imkan yaradacağı barədə söylədikləri də erməniləri qəzəbləndirib. Erməni mətbuatı S.Freyzeri 350 min erməni qaçqını barədə susmaqda ittiham edir.

E.Əlosmanqızı
AzNews.az
Bağla X