Erməni etirafı: Zəngəzur dağları məhv olur

Ermənilərin işğalı altında olan Zəngəzur dağları tamamilə məhv olmaq təhlükəsi ilə üzləşib.

Erməni qeyri-hökumət təşkilatları yaranan vəziyyətin ciddiliyini nəzərə alaraq hökumətdən təcili tədbirlər görülməsini tələb edirlər. Söhbət Zəngəzur mis və molibden kombinatının istehsalı artırması ilə bağlı qarşısına qoyduğu məqsəddən gedir.

Belə ki, rəsmi məlumatlarda kombinatın filiz emalını yaxın 1 ildə 25 milyon ton artırmağı planlaşdırdığı bildirilir. Buna etiraz edən "EkoLur" qeyri-hökumət təşkilatı Ekologiya Nazirliyinə ünvanladığı məktubda dağların məhv olmaq təhlükəsi ilə üzləşdiyini vurğulayıb.

Elnarə
AzNews.az