Qadın qonşusunun evini yandırdı - İmişlidə

İmişlidə baş vermiş yanğın hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 03.00 radələrində İmişli rayonu Xiyabani küçəsi mənzil 24-də yaşayan Rəvanə Gülalıyevaya məxsus 1 mərtəbəli 2 otaqlı evdə yanğın baş verib.

Araşdırmalar nəticəsində yanğının onun qonşusu Günel Xammədova tərəfindən törədilməsi müəyyən edilib.

AzNews.az