Sabirabadda yanğın olub

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.


Yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan 10 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsinin eyvanında elektrik şiti və 1 kv.m sahədə divarın lambirdən ibarət üzlüyü yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az