- Köhnə - Hadisə
- 12 Avqust 2013 10:26
- 8 266
Putinin gəlişi ilə bağlı yollar bağlanacaq

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri ilə əlaqədar hava limanından şəhər istiqamətinə, həmçinin Zağulba qəsəbəsi istiqamətinə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
V. Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər.
AzNews.az