- Hadisə
- 22 Fevral 2024 19:18
- 4 764
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir
ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.
ABŞ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, o, noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
Azərbaycana səfər zamanı Syu Biniaz, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçiriləcək tədbirdə çıxış edəcək.