- Hadisə
- 17:00
- 1 014
Sumqayıtda kartdan 2600 manat oğurlanıb

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb
Aznews.az DİN-ə istinadən xəbər verir ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.