Aktau yaxınlığında AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, AZAL-ın təyyarəsi ilə Qroznıya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən o, əməliyyat oluna bilməyib və xəsarət alaraq Bakıda xəstəxanaya yerləşdirilib.