- Hadisə
- 12:18
- 804
Türkiyə PA: TDT-nin diqqət mərkəzində dezinformasiya ilə mübarizə dayanıb
TDT toplantısında 2026-cı il üçün atılacaq addımlarla bağlı qərarlar imzalanıb.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti rəhbərinin müavini Ferhat Pirinççi bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə TDT-yə üzv dövlətlərin əsas diqqət mərkəzində dezinformasiya ilə mübarizə və məlumatın düzgün şəkildə paylaşılması məsələləri dayanıb:
“TDT qarşıdakı illərdə digər sahələr üzrə əməkdaşlığın da əhəmiyyətli dərəcədə genişləndirilməsinə töhfə verəcək”, - o vurğulayıb.